Bu Kategoridesiniz : / 13 Eylül 2018 Perşembe 22:31

ƏSKİ TÜRKLƏRDƏ SOSİAL TƏBƏQƏLƏR. SİNİFSİZ CƏMİYYƏT


ƏSKİ TÜRKLƏRDƏ SOSİAL TƏBƏQƏLƏR. SİNİFSİZ CƏMİYYƏT

Bu yazımda əski Türk toplumunda sosial təbəqələr haqqında araşdırma aparacağam. İlk əvvəl onu bilməliyik ki, türklərdə sosial təbəqələr sadəcə məşğuliyyətinə görə fərqlənirdi. Yəni Qərb ölkələrində olduğu kimi xarakterizə edilməməlidir. Əski dövrün sosial anlayışları bu gün də qalmaqdadır. Bu baxımdan türk toplumunun sosial təbəqəsinin xarakterini sinifsiz cəmiyyət adlandırmaq olar. Mövzunu sinif “fərqi” anlayışından başlayaq.

Sinif “Fərqi”

Əski Türk toplumunda “soylu” və ya “Xan-oğlu” olmaq, bir şəxsə bir çox imtiyaz verirdi. Məsələn Manas dastanında Almambetin Manasın “Qırx igidindən biri olan Serəki yaralaması normal qarşılanırdı. Manas belə “O Xan oğludur, bunu edə bilər” deyir.

Manas Dastanında “EI”in ən yaşlısı olan Koşoy (Koşay) Xanın Manasın vəziri Bakaydan sonra gəldiyi bildirilir. Manas və xalqı, qəbilə rəislərinin ən yaşlısı olan Koşoya (Koşay) sayğı göstərirlər və onun sözünü eşidirdilər. Əski Türk cəmiyyətlərində soy, dərəcə, rütbə və mövqenin böyük bir rol oynadığı anlaşılır. Xüsusilə dövlət işlərində mühüm bir yeri var idi. Temir-Xan qız alıb, vermə işində Yaqub Xanın vəziri ilə görüşmə və anlaşmağa çalışmırdı. “Mənimlə danışıb anlaşacaq şəxslər, bu və digər xüsusiyyətlərə sahib olmalıdır” deyir. ”Sən bir qul və kölə olaraq doğuldun” deyir.

Xan soyundan olmadıqca, bu şərtlərin dəyişmədiyi, vəzir və ya bir bəy üçün belə bu qanunların tədbiqi görülür. “Bilgili kağan imiş, cəsur kağan imiş. Buyruğu yenə bilgili imiş, cəsur imiş. Bəyləri də milləti də doğru imiş. Onun üçün eli eləcə tutmuş. Eli tutub törəni düzənləmiş”. Orhun abidələrindəki bu sözlərdən, Türk dövlətinin vətəndaşlarının xalq və bəy olaraq ikiyə ayrıldığı, ancaq dövlətin güclü zamanlarında (normal şərtlərdə) bu iki zümrə arasındakı münasibətin yaxşı olduğu, Avropa aristokratiyası ilə xalqın münasibətinə bənzəmədiyi anlaşılmaqdadır.

Aralarında bir uyum olduğuna və bir bütöv olaraq toplumu meydana gətirdiklərinə şübhə yoxdur. Əksi olsaydı, Türklərdə köləlik də mövcud olardı. Kutadqu-Biligdə Uygur toplumu bilgi və iqtisadi baxımdan bir sosial təbəqələşməyə tabe olmuş, daha doğrusu ayrıldığı qruplar (ələvilər, bilginlər, otacılılar, yıldızcılar, şairlər) ifadə edilmişdir. Ancaq dövlət içində bəzi xüsusiyyətləri olan bəylər bir yana buraxılarsa, xalq hüquq baxımından bərabər idi. Kutadqu-Biligdəki hökümdara aid bu sözlər də sinif fərqi olmadığının dəlilidir: “Mən işləri doğruluq (könilik) ilə həll etdim; insanları bəy ya da qul olaraq ayırmam”.

Demək, Türklərdə heç bir vaxt soyluluq olmadığını deyə bilərik. Bozkırlılar zəngin ilə kasıb, bəy ilə adi insan arasında bir fərq qoymamışlar. Ancaq asil olmayan birinin topluma komandan olduğunu görmək belə təsəvvür edilə bilməzdi. Bəy soyundan olmadığı halda, müharibələrdə olan bir kişi “qəhrəman” (bağatur) olurdu. Böyük bir şöhrətə sahib olarsa, bəy təbəqəsinə yüksəlirdi. M.P.Qryaznova görə M.Ö. VI.-VII. əsrlərdən, M.S. I. əsrə qədər Orta Asiya və Şərqi Avropada atlı köçəri uruglar arasında otlaq və heyvan ələ keçirmək üçün davamlı olaraq savaşlar olmuşdur. Bu savaşlarda xalq qəhrəmanlar və Alplar yaratmışdır. Bunlar ən güclü və ən cəsur olanlardı. Bu Alplar boy və bodunun başbuğları idi. Bu başbuğların qalibiyyətləri boylar arasında qəhrəmanlıq mövqelərinin yaranmasına səbəb olmuşdur. Buradan anlaşılan odur ki, Bozkır Türk dövlətində xalq özünü bəylərdən ayrı görmürdü. Dolayısı ilə qəhrəmanlaşdırdığı şəxsləri bəylər arasından seçir və ya alplarını bəy statusuna keçirirdi. Xalq ilə bəylər toplumda bir bütöv təşkil edirdi. Kutadqu-Biligdə bildirilən sosial təbəqələr hüquqi baxımdan deyil, məşğuliyyət və ictimai qiymət baxımındandır. Az sayıdakı imtiyazlı bəylər və qullar xaric, Türk dövlətində əhali bərabər haqlara sahib idi. Çünki bozkır sosial həyatında əsgərliyin seçilmiş bir sənət halında inkişafı, yaşayış şərtləri səbəbilə mümkün olamamış, feodallığın əsas ünsürü olan torpaq işçiliyi də birinci planda iqtisadi faktor vəziyyətinə yüksəlməmişdi. Tarixi Türk toplumları dini mahiyyətdə cəmiyyət deyildilər. Əski Türk “Göy-Tanrı” dini hakimiyyət və siyasi iqtidar xaricində, əski Türk dövlətlərində din adamlarının ictimai və siyasi baxımından önəmli bir rolu görülmür. Kutadqu-Biligdə toplum, idarə edilənlər və idarə edənlər olaraq ikiyə ayrılır. Belə bir ayrım ilk dəfədən normal görünür. Fəqət Əski və orta əsrlərdə toplumların əsl xarakteri sosial təbəqələşmədir. O dönəmlərdə bütün toplumlarda sinifləşmə mövcud idi. Ümumiyyətlə ruhanilər, asillər və kölələrin meydana gətirdiyi toplumlarda yüksək siniflərin özəl haqq və imtiyazları var idi. Bunların aralarındakı xüsusiyyətlər də nizanlanmış və münasibətləri təyin edilmişdir. Necə ki, Kutadqu Biligdəki ictimai vəziyyət belə bir sinif mənzərəsindən fərqli görünməkdədir. Yəni qərbdəki feodalıq və Çindəki gentry (ərazi sahibləri, məmurlar, bilginlər) təbəqəsi kimi sinifləşmələr yox idi. Buradan da anlaşılacağı kimi toplumda imtiyazlı siniflərin olmaması Türk dövlətlərinin əsas cizgilərindəndir. Ziya Gökalp, Ak kəmiklərin dövlətin əsas komandanları və başqanları olduğunu bildirmişdir. Avropa Hunlarında hökümdar, xanədan və bəylər “Ak kəmiklilər”, digərləri “Kara kəmiklilər” idi. Hakimiyyəti əlində saxlayanlar öz boylarını, tabe olan digər boylardan ayırmaq üçün birincisinə ak, ikincisinə kara deyirdilər. Məsələn, qoyunlular Bayındır boyuna mənsub olanlara Ak Qoyunlular, bağlı olmayanlara Kara-Qoyunlular deyirdilər. Hakimiyyətdən düşən boy “kara” sifətini alırdı. Məsələn Bulaq boyu Qıpçaq hakimiyyətinə girəndə Kara Bulaq deyilmişdir. Şərq Türkləri isə “ak” yerinə “göy” təbirini istifadə etmişlər. Demək ki, hakimiyyəti əlində saxlamaq üstünlükdü. Hun Dövlətində və sonrakı Türklərdə irsi sinif yoxdur. Hər fərd, zəkası, xidməti və birbaşa hərbdəki faydalılığı ilə ən yüksək komandan dərəcəsinə qədər yüksələ bilərdi. Bu Kutadqu-Biligdə də görülməkdədir, fəqət bu əsasın istisnaları da vardır. İslamdan əvvəl Türk dövlətlərində kiçik bir zümrə olan Şadapıtlar xaric, bəylik irsi deyildir. Asiya Hunlarında 24 soyluluq iearxiyası (asalət mərtəbələri) olduğu bildirilmişdir ki, onlarda xanədan mənsubları imtiyazlı bir zümrədir. Vilayətlərin başındakı bəylər yüksək bir sinif təşkil edirdi. Bunlar Göy-Türklərdəki Şadapıtların qarşılığıdır. Çünki ellərin başındakılar ümumiyyətlə xanədan mənsubları Şadapıtlardır. Qaraxanlılarda da belə kiçik bir imtiyazlı qrupun varlığını Kutadqu-Biligdən öyrənirik.

Buna da bax :ƏSKİ TÜRKLÜKDƏ TÖRƏNİN XARAKTERİSTİKASI

Demokratik toplumlarda seçimlə iş başına gələn başçı, yaxud başçılar ən yaxınlarını mühüm vazifələrə gətirməkdədir. Bu xüsusi bir qrup formalaşdırmaq üçün deyil, idarədə təsirini göstərməsi üçün edilməkdədir. Türklərdə Oğuz Xan soyunun xüsusiyyəti dəqiqdir, fəqət bu dar aristokratiya, klassik mənadan dəyişikdir. Xanədana mənsub bir xaqan “kutu toplamadı” deyə taxtdan uzaqlaşdırıla bilərdi. Bu taxtda oturmaq üçün Oğuz Xan soyundan gəlməyin yetərli olmadığını ortaya qoyur. Eynilə Orhun abidələrindəki “Xalqdan biri idi, ona bəyliyi biz verdik” sözü ilə də Oğuz Xan soyunun klassik bir aristokratiya olmadığını görürük. Türk dövlətlərindəki ləyaqət anlayışı siyasi baxımdan sinifləşməni əngəlləyirdi. İqtisadi baxımdan yarana biləcək sinifləşməni də köçəri həyatı, din və boy anlayışları əngəlləyirdi. Əsasən əski Türklər daha çox heyvandarlıqla məşğul olduğundan, onlar arasında bir-birindən dəqiqliklə ayrılan sosial siniflərin olması imkansız idi. İslamdan öncəki Türklərdə xalqın əksəriyyəti müstəqil idi. Bu insanlar arasında hüquqi baxımdan imtiyazlılar olmadığı kimi hüquqi təhdidlər də yox idi. Üçüncü sinifi təşkil edən əsirlər, savaş dustaqları ilə onların uşaqları və nəvələri idi. Aristokratik bir qruluşu göstərən əski Türk toplumunda yüksək soyluluğa yüksəlişi bir növ şərəf yarışının nəticəsində olurdu. Buna “toy” və ya “şölən” deyilirdi. Üstünlük üçün bir boy bəyi dostluq qurmaq istədiyi başqa bəyin boyuna ziyafət verir, mal yağmalatdırırdı. Bəylərdən daha üstün ziyafət vərən və çox mal yağmalatdıran daha üstün şərəf qazanır və sosial statusu yüksəlirdi. Şərəf qazanma yarışı bəylər arasındakı iearxiyanı və dərəcə fərqini bəlirləyir, ən şərəfli sayılan, yəni malını ən çox paylayan bəy digərindən üstün qəbul edilir və sayğı görürdü. Bəylər arasındakı alt-üst münasibəti və sosial piramida buna görə formalaşırdı. Bu toy və şölənlər iqtidarın gücünü təşkil edirdi. Toy verən dəvət ediləni əziz və borclu vəziyyətinə qoyaraq israf dəb-dəbə ilə meydan oxuyurdu. Dəvətli boy və “el” mənsubu buna eyni səviyyədə qarşılıq vərməzsə totemi, kısaca bütün iqtidarı əlindən alınır, bütün boy və “el” ilə birlikdə üstün toy verən tərəfin hakimiyyəti altına keçir, bağımsızlığını itirərdi.

Buna da bax :İLK TÜRK DÖVLƏTLƏRİNDƏ SOSİAL-SİYASİ SİSTEM

Alplar (Əsgərlər)

Dədə Qorqud hekayələrində Alplar üçün: “Kırış günü öndən təpən, Ulaş oğlu Salur Qazan” , “Qavqa günü öndən təpən alpumuz kim?” kimi ifadələr yazılmışdır. Dəmək, toplum yaşayışında dəyər qazanan məğlub edilməz insan tipi Türk düşüncəsində Alp anlayışı ilə formlaşırdı. Alplar Türk toplumunun bir növ varlığının ifadəsi idi. Çünki Bozkır həyatı mübarizəni gərəkdirirdi və zəyif olan yox olurdu. Düşmənlərinə qarşı özlərini, ailələrini və heyvanları qoruya bilmək üçün yaxşı savaşçı olmaq məcburiyyətində idi. Qaynaqlarının ifadə etdiyi kimi Türklər, “savaşda ölməyi şərəf, xəstəlikdən ölməyi utanılacaq bir şey” sayırdı. Dastanlardan da anlaşılacağı kimi şəxslərin bir Alp olaraq yetişdirilməsi dəyişməz bir həyat fəlsəfəsidir. Gərəkli şəxsiyyəti qazana bilməyən erkəklər toplumda etibar görməzlər və onlar üçün yerinə görə narahat olurdular. Məsələn, Kem vadisindəki Türk nəslindən Bars adlı bir alpa aid məzar daşında alplıq zirvəsinin, İslamda olduğu kimi vətəni igidliklə müdafiə edir, gərəkdiyində ölmək olduğu bildirilmişdir. Alp və alplıq Türk dövlət və toplumlarında mühüm bir yer tutmuş, ordu və hərbi ilə dövlətin quruluşu, davamı və yüksəlişinə əsas təşkil etmişdir. Türk dövlətlərinin əsaslandığı güc alplıq və şücaət olmuşdur. Çünki alp, möhkəmlənmiş ruhu ilə bir savaş aləti olmaqdan tamamilə uzaqdır. Salur Qazan bir toyda oğlu üçün ağladığını belə anladır: “Ağladığum səbəb oldur ki, Atam öldü bən qaldım, Yerini yurdunu bən tutdum; Sabahkı gün bən düşüb ölərəm sən kalasın; On altı yaşına girdin, Yay çəkmədin, ok atmadın, Baş kəsmədin, qan tökmədin Kalun Oğuz içində çuldu almadın! Sabahkı gün zaman dönüb bən ölüb sən qalınca, tacımı, taxtımı sana verməzlər, dəyə sonumu anıb ağlarım, ağladığımın səbəbi budur” dedi. Dədə Qorqud Oğuznamələri alpların şəxsiyyətlərinə düşkünlüklərini anladan hadisələrlə doludur. Eynilə şəxsi bir istək olaraq şəxslərin təsir altında qaldıqları anlaşılmaqdadır, şərəf və mənliklərini qorumaqda çox həssas olduqları görülməkdədir. Dirsə Xan cocuğu olmadığından qara otağa oturdulunca duyğulanır. Dirsə Xanın oğlu Boğaç üçün Dədə Qorqud bunları bildirir: ”Dirsə Xan oğluna bəylik vergil, taxt vergil ərdəmlidir. Boyu uzun bədəvi at vergil bu oğlana binid olsun, hünərlidir. Ağayıldan bütün qoyun vergil bu oğlana şişlik olsun, hünərlidir. Altun banlı ev vergil bu oğlana kölkə olsun ərdəmlidir. Bayındır Xanın ağ meydanında bu oğlan cəng etmişdir, bir buğa öldürmüş. Sənin oğlun adı Boğac olsun, adını verdim yaşını Allah versin”. Qazan Xanın, evinin yağmalanması ilə yağının arxasından getmiş və bu vaxt Qaracuq çobanı özünə yardım etməsin deyə bir ağaca bağlamışdır. Bunun səbəbi isə çobanın yardımı səbəbilə Qazan Xanın Oğuz elində kiçik düşməsini əngəlləməkdir. Bir qəhrəman evini, namusunu tək başına qoruya bilməli, intiqamını ala bilməli idi. Bunu edə bilmirsə toplumda bir etibarı olmazdı. Dastanlarda bildirilən Alpın yaşayışından, Oğuz toplumunun bəlli səviyyəsi və qiymətlərə istinadən bir həyat anlayışının hakim olduğu anlaşılmaqdadır. Bu səviyyə: 

1. Ox atma və yay çəkmə hünəri, 
2. Yağı ilə savaşda üstün gəlmək, baş kəsmək, qan tökmək, 
3. Kalun Oğuz içində Çundı olmaq, 
4. Elə (ölkəyə) sahib olmaq, 
5. Ac doyurmaq, çılpaları geyindirmək (zəngin və əli açıq olmaq), 
6. Soylu olmaq və soyunu kiçik düşürməmək.

Bu dəyər ölçüləri Oğuz toplumunun varlığını davam etdirəcək və yağıya qarşı müdafiəsini güclü qılacaq xüsusiyyətlərdir. Dədə Qorquddakı Oğuz Alpı mütləq zəngindir, yaylağı, sürüsü və obası vardır. Alpların şəxsiyyətləri əsasən dəyişməz xüsusiyyətlərə sahib olduqları görülür. Dastanlar bu xüsusiyyətlərlə formalaşmaqdadır:

1. Alp kişilər bir-bir şəxsi üstünlüklər qazanırlar.
2. Alplar, atalarının zənginlikləri ilə deyil, öz şəxsi hünər və ərdəmləri ilə dəyər qazanmışlar. 
3. Alpların yaşayışları ümumiyyətlə qalibiyyətlərlə qurulur, müşkül anlarda yardım qəbul edilməz. 
4. Yaşayışlarında mal, zənginlik və sərvətdən çox toplum düşüncəsində yaşayan dəyərlərə bağlanırlar.

Ancaq bu alplar kimlərdir? sualı qarşımıza çıxır. Hər savaşçının “Alp” olaraq mahiyyətlənməsi əsas deyildir. Onlar yuxarıda saydığımız xüsusiyyətləri mahiyyətində qoruyan şəxslərdir. Yenisey kitabələrində (Altın-köl) də, “On ay keçdi; anam (dan) oğlan doğdu. Ər olaraq böyüdüm. Əlimdə dörd (dəfə) dolaşdım. Ər dəmim üçün İnancu Alp” , ”Uz Bilgə Çangsı üçün, qəhrəmanlığı üçün, ərdəmi üçün ittifaq əhd etdi (?); dörd tərəflə ittifaq əhd etdi” , “bən Tarxan Şangunım… doymadı qövmümə mən II Çur elinə qazandım, ər ərdəmim üçün yüksəldim, (yaxud yox oldum)” ibarələri olmaqdadır. Göründüyü kimi bir Türk ərində hər şeydən öncə iki xüsusiyyət olmalıydı. Bunlar ərdəm və hünərdir. Göy-Türk kitabələri də kağanların üstün məziyyətlərini sıralayarkən, ”Bilgili Kağan imiş, cəsur kağan imiş”, sözləri ilə alp şəxslərin bilgili və cəsur olması gərəkdiyini, cahil cəsarətin qiymətli olmadığını, hətta toplum üçün təhlükəli ola biləcəyini bildirmişdir. Hər qəhrəman və ya cəsur şəxsin bir məziyyəti vardır ki, Avropa hüquq tarixində buna “Comitatus” deyilirdi. Çingiz Xanın “Dört köpəyi” bu növdəndir. Yalnız, Çingiz Xan başlanğıcda sadəcə bir soyğunçu olduğundan məziyyəti fərqlidir. Qırx igid sahibləri isə soylu el bəyləri idi. Qırx igid arasında bir iearxiya və rütbə sırası var idi. Məsələn, Manas Dastanında keçən və bir xan oğlu olan Almambetlə Çuvakvəzir Bay oğlu Bakay, müşavir Acı-Bay bunların xaricində idi. Göy-Türk kitabələrində də dövlət quran İl-Təris Kağanın on yeddi kişilik məiyyəti vardır və bunlara Ərən deyimi verilmişdi. Sonrakı Türk mətinlərində keçən Alp-Ərənlər bunun davamıdır. Manas dastanında da zaman zaman Çoro/Çora yerinə Ərən deyimilə qarşılaşırıq. Ərənlər yurd içindən seçilirdi. Seçimdə soyluluq deyil, kişilərin qabiliyyəti rol oynayırdı. Xanın yanında olan belə böyük və ağıllı igidlər Allah vergisi bir nemət və yardımçı kimi qəbul edilirdi. Bu səbəblə igidlər soylu olmamalarına baxmayaraq, toplum onlara böyük qiymət verirdi. Ərənlərin, islamın qəbulundən sonra da toplumdakı sayğınlığı davam etmişdir. Türklərin Anadoluya gəlişindən sonra Anadolu ərənlərindən bəhs edilmişdir. Anadolunun Türk vətəni olmasında, Bizansla mübarizədə və sonrakı dönəmlərdə adlarını hörmətlə anmışlar. Dövlətin mərkəzində hökümdarın əmrində olan kiçik birlikləri nəzərə almazsaq, islamdan öncəki Türk dövlətlərində bir hərbi sinif yox idi. Toplumun hər fərdi bir əsgər kimi yaxşı bir savaşçı olacaq formada yetişdirilirdi. Bu səbəbdən hərbi sinif olmamasına baxmayaraq, alpların dövlətin əsaslarını formalaşdırdığı mütləqdir. Dövlət və toplum həyatında ikinci ünsürsə bilginlərdir

Buna da bax :İLK TÜRK DÖVLƏTLƏRİNDƏ SOSİAL-SİYASİ SİSTEM. 2-Cİ MƏQALƏ

Bilginlər 

Bütövlük göstərən Oğuz Kağan dastanında, Uygur Törəyiş dastanında, Manas dastanında, Dədə Qorqud dastanlarında görülür ki, Türk toplumu bilgi işığında formalaşmışdır. Bilgə Kağan və Bilgə Tonyukuk qalibiyyət və güclərini Tanrının özlərinə bəxş etdiyi bilgiyə əsaslanarlar. Bilgə Tonyukukun İl-Təris Kağan üçün söylədiyi: “Tanrı bilgi verdiyi üçün kağan kıldım” sözü Türk toplum nizamında bilgə kişilərin nə qədər önəmli bir rol oynadığını göstərməkdədir. Uygurca yazılmış Oğuz Kağan dastanında adı keçən Uluğ Türk, bilgə tipinin dastandakı ilk şəxsiyyətidir. Dastanda Uluğ Ordu Bəyin, ağacdan sal düzəldərək İtil suyunu keçməsini təmin edən və savaşlarda əldə edilən qənimətləri daşımaq üçün kağnıyı hazırlayan Barmaklıq Coşun Billig, Erkenekon dastanında dəmir dağı əridən usta dəmirçi bilgəliyin təmsilciləridir. Dədə Qorqudun şəxsiyyəti farsca Oğuz dastanında da eynən qeyd edilir. Rəşidəddinin Oğuznaməsində Oğuz Kaganın və ondan sonra gələn kağanların yanında hər zaman bilgə kişilərə rastlanılır. Məsələn, Oğuz Kağan çıxdığı bir akında yaşlıları səfərə aparmayanda gizli olaraq orduya qoşulan və oğlu tərəfindən gizlədilən Yuşi Hoca oğlu Qara Sülükə verdiyi məsləhətlərlə, yol göstərici tövsiyyələrlə Oğuz Kağanın qələbələrinə də təsir etmişdir. İrkıl Hoca Kün Xana bilgi və təcrübələri ilə yol göstərmişdir. Eynilə Oğuz Dövlətində nizamın pozulmaması üçün Oğuzun nəvələri arasında iyirmi dörd boy təşkilatını qurmuşdur. Yaqub Xanın və sonradan Manasın vəziri olan Bay oğlu Bakay üçün Manas belə deyir: “Tanrı tərəfindən bizə verilmiş bir dostdur”. Bu sözlə bilginlərə verilən dəyəri vurğulamaqdadır. Bu xüsusiyyət sadəcə dastanı şəxslərdə deyil, Göy-Türk yazılarında xüsusilə Bilgə Tonyukukun şəxsiyyəində də görülmüşdür. Kağanların yanında hər vaxt bir bilgə kişi məsləhətçi olaraq olmuşdur. Bu məsləhətçilər bəlli xüsusiyyətləri ilə bir-birlərinə bənzəməkdədir. Özlərində ilahi bir lütf vardır və uzun ömürlüdürlər. Dövlət nizamının inkişafında önəmli bir rol oynamışdır. Yenisey kitabələrində (Kemçik-Kaya), “yaxşı on bilgə Şangın” sözünə rastlanılır. Kutadqu-Biligdə bilginlərin qiyməti bu sözlərlə vurğulanır: ”İki növ asil insan vardır. Biri bəy, biri də alimdir və bunlar insanların başıdır. Bunlardan biri əlinə qılınc alıb xalqı itaət altında tutarkən, digəri də əlinə qələm alaraq xalqa doğru yolu tapıb göstərir” , ”Onların elmi xalqın yolunu aydınladır”. Faydalı və zərərli şeyləri bir-birindən ayırd edir ki, doğru və təmiz yol tutan bunlardır. Mümkünsə elimlərini öyrən bilgilərini bil; onlara yaxşılıq et və yardım et; onlara dil uzatma, “Onlara qarşı sərt və qaba dil etmə; duz, çörək yedirt, sayğı göstər və hörmət et”

Məslək Qrupları 

Xalqı ifadə üçün Orhun kitabələrində bodun (budun) deyimi yazılmışdır. Dövlət içində mühüm rolu olan bodun, azad və fəal dövlət idarəsində rol və nüfuz sahibidir. Dövlətin quruluşunda da mühüm pay sahibidir. Orhun kitabələrindəki, “Türk xalqı belə demiş: Elli millət idim, elim imdi hanı, kimə eli qazanıram demiş” , “Türk milləti el qurmuş, elini əldən çıxarmış” ifadələri, xalqın dövlətin sahibi olduğunu açıqca ortaya qoyur. Bu xüsusiyyət üzərində, yuxarıda “dövlətin ünsürləri”-ndə durmuşduq. Burada sual, xalq kimdir? və ya hansı zümrələrdən formalaşırdı? Türkmən şəcərəsinə görə Oğuz Xanın asil xatunlarından olan nəvələri iyirmi dörddür. Kün-Xan bunları iki-iki çadırlara yerləşdirdi. On iki bölük oldular. Bunlardan törəyənlərə “Yüzlük” dedilər. Hər soyun “Yüzü” atasına görə yaxşı olur. Hər xalqın “Yüzlərinə” görə Yüzlükləri vardır. Oğuz Xanın digər xanımlarından (kuma) doğulan uşaqları da iyirmi dörddür. Bunların hamısı evin xaricində otururlardı. On ikisi at tutar, on ikisi də qapıda otururdu. Bu iyirmi dörd kişidən doğulanlara “Aymak” deyirdilər ki, əsli “Omaq”dır. Bunlar “Qara Ulus”-tur. Moğolca olan Omaqın Türkcəsi “Urug”-dur. Oğuz dastanının bir bənzəri olan Qara-Xan oğlu Alman Bet dastanında Qırğızların Orta-Yüzünün rəisi olan Gökçə ilə Sağ-Yüzünün rəisi Manasın arası yaxşı deyil. Dastana görə Tanrı və Tanrının mələkləri Manasa yardım edir, Gökçəyə etməzdilər. Manasın ünvanının San-Nogay olması, sağ-yüzün və ya Manasın şəxsinin sol yüzə nəzərən daha asil olduğunu göstərir. Sol-Yüzün başçısı Qara-Nogay ünvanını daşıyırdı. Türgiş dövlətini quran, Göy-Türk dövlətinin qərb bölgəsinin xalqı olan on qəbilədir. Bunlar şərqdə İli nəhri bölgəsində olan beş qəbilə asil sayıldığından, qurduqları dövlət “Sarı Türgiş Dövləti” olaraq adlandırılmışdır. Qərbdəki zəngin və bərəkətli Çu və Talas nəhirləri bölgəsində yaşayan beş qəbilə sayına görə də çox olmasına baxmayaraq alt təbəqə sayılmışdı. Bu səbəbdən “Sarı Türgiş Dövləti” dağılanda, yerinə qərbdəki qəbilələrin qurduğu dövlətə “Qara Türgiş Dövləti” deyilmişdir. Zəngin və güclü olmaları da onları “Qara” ləqəbindən qurtarmamışdı. Kutadqu-Bilig yazan, xalqı “aydınlar” və “asil xalq” olaraq iki hissəyə ayırmışdır. Aydınlar biz “Bilginlər” adı ilə yuxarıda ifadə etdik. Ona görə asil xalq, iqtisadi məşğuliyyətinə görə 6 quruba ayrılmışdı: 

1. Tarıqçılar, əkinlə məşğul olanlar, 
2. Satıqçılar; tacirlər, 
3. İğxariciçilər; çobanlar, 
4. Uzlar; kiçik sənət əhli, 
5. Qara bodun; bəlli bir işi olmayan şəhər xalqı, 
6. Çivaqlar; yoxsul şəxslər.

Tarıqçılar (Əkinçilər) 

Əkinçi zümrə hər dövrdə və millətdə mühüm bir sosial sinifdir. Hökümətin kəndli və əkinçi ilə münasibəti iqtisadi səviyyə idi. Kutadqu-Biligdə bu zümrə üçün belə deyilmişdir: “Sən bunlar ilə də əlaqə saxla, münasibət qur və beləcə boğazın cəhətdən rahat yaşa. Hər canlı bunlardan istifadə edər; yemək-içmək zövqünü hər kəsə bunlar verir. Bütün canlılar, ac olan və doyanlar. Bütün yaşayanlar bunlara möhtacdır. Boğazın ehtiyacını təmin etmək üçün şübhəsiz, sənə də bunlar lazım olacaqdır”.

Satıqcılar (Tacirlər) 

Ticarətlə məşğul olan satıqçılar Kutadqu-Biligdə tacirlər kimi mühüm bir zümrə təşkil edilmiş və hökumətin tacirə qarşı da uyğun bir siyasət etməsi gərəkdiyi bildirilmişdir: “bunlar durmadan ticarət edər və gəlir qazanırlar. Ağıl və könüllərini həmişə Tanrıya yönəldərək, qazanmaq üçün, dünyanı dolaşırlar” , “Onlara qarşı çox yaxşı münasibətdə olmağa cəhd et; sənin adın da yaxşılıqla uzaqlara gedər, buna şübhə etmə”.

İğxariciçilər (Çobanlar) 

Kutadgu-Biligdə, “bu zümrəyə daxil şəxslər, çox faydalı insanlardır” , ”Nə istəsələr ver, nə lazım olarsa al; hiylə bilməyən bu zümrənin daim doğru hərəkət etdiyini gördüm. Bunlarda görgü və bilgi axtarma, tərz və hərəkətləri də sərbəst olur” , “Onlara şirin söz söylə, fəqət onlara dost kimi hərəkət etmə. Bunlar cahil insanlardır” , “heyvan yetişdirənlər belə olurlar” sözləri ilə deyilən Türklərin ən çox bəslədiyi heyvan olan atın, iğxarici edilməsi səbəbilə, Kutadgu-Biligdə iğxariciçilər adıyla anılmışlar. Bu əslində Şərqi Türkistan ləhcəsində verilən bir addır.

Uzlar (Kiçik Sənət Əhli) 

Ordusu ilə çöldə gedən Oğuz Kağan yolu üzərində altın divarlı, gümüş pəncərəli və dəmir damlı bir karvansara görmüşdür. Necə ki, bu karvansara Türk yaşayışında şəhərləşmənin və sənətkar şəxslərin varlığın açıqca ifadə etməkdədir ki, İtil suyunu keçmək üçün ağaçdan sal hazırlayan, ordunu qarşı tərəfə keçirən Uluğ Ordu Bəy və kağnını hazırlayan Barmaqlıq Coşun Billig sənətkarların mühüm simaları olaraq qarşımıza çıxmaqdadır. Göy-Türk dastanında dəmirçiliyin önəmli bir yeri vardır. Erkənəkon və Bozqurt dastanlarında, “mağaradan çıxan Türklərin Altay dağlarının ətəklərində dəmirçilik sənəti ilə məşğul olduqları” anladılmışdır. Manas dastanı da Türklərdə dəmirçiliyə verilən önəmi açıq və anlamlı olaraq ifadə etmişdir: Dəmirçisi Tökörə çox qiymət verən Manas, bir savaşda öldürdüyü Yolay Hanın böyük qızı Ulu Bikə ilə evləndirərək onu məmnun etmək istəmişdir. Göy-Türk və Uygur dövrü rəsimlərində də dəmirçiliyin önəmi ifadə edilmişdir. Kutadgu-Biligdə bəhs edilən bir qurup da Uzlar (sənət əhli)dir. Bunlar da faydalı bir sinif olaraq təyin edilmişdir. Yusif Xas Hacibin saydığı sənətkarlar, temirçi (dəmirçi)lər, etükçü (çizməçi)lər, tokacı (toxumaçı)lar, agaççı (dülgərlər)lar, sucular, bedizçi (rəssam, boyacı)lər, okçular və yayalardır. Yusif Xas Hacib bunlar üçün, “Bunlar da sana lüzumlu insanlardır; ey igid, onları özünə yaxın tut, faydaları var” , “Bu dünyanın bəzəyi bunlardan gəlir; heyrət verici hünərlər bunlardan çıxar” demişdir.

Qara bodun (Bəlli Bir İşi Olmayanlar) 

Kutadgu-Biligdə şəhərlərdə yaşayan, sənəti və məsləyi işçilik olanlar “qara bodun” olaraq adlandırılmışdır. Onların qarınlarını doydurmaqdan başqa bir şey düşünmədikləri qeyd edilmişdir: “Avvamın, qara xalqın təbiəti hər vaxt qap-qaradır; yaxşıca diqqət et, özünü qaraya bulaşdırma. Qara xalqın hərəkəti başı-boş və təbiəti bir-birini tutmaz; onun işi gücü də həmişə təbiəti kimidir. Qarınlarını doyurmaq üçün yeməyi bilirlər; onların boğazdan başqa bir qayğıları yoxdur”.

Çivaglar (Yoxsul Şəxslər) 

Yoxsullar zümrəsinə Kaşğarlı Mahmudun əsərində “Cıgay” Kutadgu-Biligdə Çivaglar deyilmişdir. Bunlara yaxşı münasibət edib, yeyəcək-içəcək verilməsi tövsiyə edilmişdir: “onlara mal ilə yaxşılıq et, yedird, içird. Ey qardaş, bunlar sana duaçıdırlar; ey dostum, bu dua çox yaxşı bir şeydir. Onlardan, qarşılıq olaraq, mal gözləmə; buna müqabil Tanrı sənə cənnəti nəsib edər”.

“KÖLƏLİK” 

Əsir, ümumiyyətlə savaşda təslim olana verilən bir addır, ”hürriyyəti sərhədli kişi” anlamına gəlir. Müharibələrdə əsir edilən, yaxud müəyyən formada ələ keçib satın alınan erkəklər kölə (qul), qızlar və qadınlar cariyə olaraq adlandırılırdı. Daim iqtisadi əsasa əsaslanan köləlik bərabərsizliyin ən pik həddi idi, kölələr bütün haqlardan məhrum idilər. Beləliklə kölələr, mülkiyyət haqları arasında olan bir obyekt idi. L.T.Hobhous köləni, “hüquqa və görənəyə görə bir başqasının malı olan şəxs” , ”heç bir haqqa sahib olmayan” olaraq qeyd edilmişdir. Orta Asiyada Türklər savaşlarda əsir alırdı, fəqət əsirin işləməyi üçün iqtisadi nizam yox idi. Türklərdə əkinçilik geniş olmadığı üçün işçiyə az ehtiyac var idi və bunun üçün köçərilərdə davamlı qulluq işlərinə də qarşılaşılmayıb. Türklər cariyələrə Çincə “küng” dedikləri halda, kölələrə Türkcə “qul” deyirdilər. Bu da Türklərdə kölə saxlama gələnəyinin daha əski olduğunu göstərməkdədir. Göy-Türk abidələri də Türklərin “kuilıg”, yəni qullu, köləli olduğunu yazır. ”Bars bəy idi. Kağan adını burda verdik. Özü yanıldı, kağan öldü, millət cariyə, qul oldu” , ”Anam xatun və analarım, bacılarım, gəlinlərim, şahzadələrim, bu qədər yaşayanlar cariyə olacaqdı, ölənlər yurdda, yolda yatıb qalacaqdınız. Kül Tigin olmasa həmişə öləcəkdiniz”. Bu təbirlə, Orhun yazılarında daha çox siyasi əsarətə dəlalət etməkdədir ki, tarixin hər dövründə istiqlal olmadığında, bununla birlikdə bəzi haqların da itirildiyi hadisəsi qarşısında bunu təbii saymaq lazımdır. Əski Türklərdə kölə sözü belə yox idi. Bu sözün daha sonra bəzi Türklərin oturaq həyata keçmələri səbəbi ilə ortaya çıxdığı görünməkdədir. Əski Türkcədəki “qul” deyimi ümumiyyətlə “kölə” mənasında anlayırıqsa da digər mənada doğru deyildir. Göy-Türk yazılı vəsiqələrində 14 yerdə “qul” deyimi keçməkdədir. Ancaq buralarda gerçək mənası ilə “mülk”-dən və “haq”-dan məhrum şəxslər deyil, bəzi siyasi və “mədəni” haqların itirilməsindən bəhs olunur və daha çox “əsirlik” ifadə edilməkdədir. İstiqlalını itirən toplumların məhdudiyyətlərə məruz qalması günümüzdə belə təbii qarşılanmaqdadır. Hunlarda Tanhu kimə bir bardaq şərab verirsə, savaşda tutulan şəxsi (əsir) ona hədiyyə etmiş, əsir o şəxsin qulu olurdu. Hunlar üçün çobanlıq və tarlalarda çalışmaq kimi işləri icra edirdilər. Hər Hun əsgəri sağ olaraq əlinə keçirdiyi düşməni əsir etmə haqqına sahibdi. Bozkırlarda qulluq iqtisadi əhəmiyyətə sahib deyildi. Savaşçılar qurtuluş axçasından ötürü kölə əldə etmək istəyirdilər. Hunlar ilə Göy-Türklər Çindən mal və para ilə birlikdə, insan da alıb aparmışlar və bunları əkinçilik işlərində istifadə etmişlər. Tabğaclarda M.S. IV. ildə (Çinliləşmədən öncəki dönəm) kölələr sürüləri otarırdılar. Bunlar savaş əsirləri idi.Hunlar və Kansu bölgəsi xalqında kölələri (savaş əsirləri) var idi. Kölələrin çoban olaraq istifadəsi bozkırlı toplumlara xas bir adət idi. Hun və Göy-Türk dövlətlərində köləlik, əsli Türk bölgəsində deyil, Çin və İç-Asiyada görülməkdədir, hər halda idarədə daim praktik yolu üstün görən Türk siyasi sisteminin, xalqda yadırğamayan sosial və hüquqi qaydalara toxunmamalarının nəticəsidir. Kaşğarlı Mahmudun əsərində “Ol kul, boş kıldı (O köləsini azad etdi)” kimi ifadələr mövcuddur. Ancaq onun bu mövzu ilə bağlı əsərində yer verdiyi sözlər, başqa bir mədəniyyətin uzun bir müddətdən bəri təsirindəki Türk zümrələrinin dilindən örnəklərdir. Ancaq “Oğuzların adətən sinifsiz bir toplum qruluşuna sahib olduqları, sərvət və mövqe fərqinin toplumda fərq yaratmadığı, soydan gələn asillikdən heç bəhs edilmədiyi” bildirilmişdir. Qıpçaq bozkırlarında bəzi Türk uşaqlarının “satın” alınaraq Orta Şərqə məmləkətlərinə göndərilməsi də slavlardan və Normandlardan gələn məşhur əsir (kölə) ticarətinin bir nəticəsi olaraq mütaliə edilə bilər. Daha əski dövrlərdə Şərqi Avropa Türkləri arasında belə bir vəziyyət görülməzdi. Əlbəttə digər Türk və ya Türk mədəniyyətinə bağlanmış toplumlarda da “Boy təşkilatının qüdrətli çağında üzvlər arasında tam bərabərliklə, birinin digərinə köləlik etməsi əsas deyildir”. Uygurlarda kölə, satış vəsiqələrində, kölənin yeni sahibinin kölə üzərində bütün haqlara sahib olduğunu görməkdəyik. Üzüm bağlarının satışı ilə bağlı vəsiqələrdə, işçilərin bağlarla birlikdə satıldığı görülür. Bu vəziyyət, işçilərin bir kölə olduqları qənaətinə gəlinir. Eynilə vəsiqələrdə, kölənin yeni sahibinin haqlarını qoruyacaq bir neçə tədbirlərə də yer verilir. Vəsiqələrə görə kölə yeni sahibinin mülkiyyətinə keçməkdə, bu kişi köləni özü istifadə etdiyi kimi, başqasına təhvil verməkdə, yaxud sata bilməkdədir. Bir əsir qadın üçün verilən miqdar, bir vəsiqədə yüz top parça olaraq bildirilmiş, digər bir vəsiqədə, yüz əlli top parça olaraq bildirilmişdir. Üçüncü bir vəsiqədə isə bu miqdar qırx yeddi axça paradır. Bu dövürlərdə Uygur dövlətində bir atın qiyməti, üç arşın ipəkli qumaşdı. Üç arşın ipəkli qumaşı, bir top parçaya bərabər saysaq da bir əsirin ata nisbətdə 100-150 misli daha bahalı olduğu nəticəsi ortaya çıxmaqdadır. Uygurlarda əsirlik deyilən bir üsul da vardır. Qulluqla əsirlik arasındakı fərqləri belə açıqlaya bilərik:

1. Qulluq bütün həyatı boyu, tutuqluq isə bəlli bir şərtə bağlı, keçici bir müddətdir. 
2. Qulun ehtiyacları sahibinə bağlıdır. Tutuqlunun ehtiyacları isə ancaq vəkalətli yanında çalışdığı tədqirdə ona aiddir. 
3. Əsir hər yönüylə sahibinin malıdır, satıla bilər. Tutuqlu isə əsir olmadığı üçün satıla bilməz.

Tarixi qeydlərdə, Türk qövmlərinin xalq ədəbiyyatına və Uygurlardan qalma vəsiqələrə əsaslanaraq əski Türklərin əsarət haqqındakı hüquqi qanunlarını açıqlamışdır: 

1. Əsir sahibinin qul üzərindəki haqqı mütləqdir. 
2. Türk toplumları mədəniyyətcə irəlilədikcə əsirlərə daha yumşaq və insanca davranmışlar. 
3. Uygurların əsirlərlə bağlı hüquqi qanunları Roma hüququndakı qədər sərt idi.
4. Əsirlər, sahiblərinin razılıq və icazəsi ilə evlənə bilərdi. 
5. Əsirlər məhkəməyə müraciət edə bilərdi. 
6.Əsirlər azad edilə bilərdi. Azad etmə şərtsiz ola biləcəyi kimi, bəzi şərtlərə əsaslanaraq da edə bilərdi. Əsarətlə bağlı Uygur vəsiqələrinin birində, Otuz adlı bir Türkün dəmirçilik edən bir qulunu və Toyın-Cokun toxuculuq edən qarabaşı (qadın əsiri) ilə evlənməsi, hər iki əsirin azad edildiklərini təyin edirik.

Gündüz Sadiqov

Print Friendly, PDF & Email